Gənclər və idman naziri AQEM-in baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 8-ci iclası çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov AQEM-in baş katibi Kayrat Sarıbay və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlər, eləcə də Azərbaycan ilə AQEM arasında əməkdaşlıq məsələləri müzakirə olunub.