Gənclər və İdman naziri vətəndaşlarla görüşüb
Xırdalan, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Gənclər və İdman naziri Azad Rəhimov Abşeron rayonunda 20-yə yaxın vətəndaşı qəbul edib.
AZƏRTAC xəbər verir ki, nazirə edilən müraciətlər sırasında “Gənclər evi”nin tikintisi, idman qurğularının avadanlıqla təmin olunması, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, eyni zamanda, işlə təminatla bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydə alınıb və aidiyyəti üzrə göndəriləcək.
Digər müraciətlər isə baxılması üçün icraya yönəldilib.