İDMAN
Gimnastımız Zöhrə Ağamirova Tokio Olimpiadasının fərdi proqramında çıxışını başa vurub
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio Olimpiadasının gimnastika yarışlarında fərdi proqramda çıxışını başa vurub.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz sonuncu çıxışını gürzlərlə nümayiş etdirib. Onun proqramı hakimlər tərəfindən 21,500 xalla qiymətləndirilib.
Z.Ağamirova topla çıxışına görə 23,400, topla hərəkətinə görə 23,000, lentlə yarışa görə 19,900 xal alıb.
Hazırda gimnastımız ümumi sıralamada 87,800 xalla 11-ci pillədə qərarlaşıb və finala adlaya bilməyib.
Digər gimnastların çıxışları hələ davam edir.
Təsnifat mərhələsində ilk 10 yeri tutan gimnast finala yüksələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [14:22]
Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur
- 08.05.2024 [14:02]
“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir
- 08.05.2024 [11:59]
Azərbaycanda körlinq idman bölməsi açılıb
- 08.05.2024 [11:40]
Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
- 08.05.2024 [11:23]