Giorgi Qaxaria: Gürcüstanda sərt karantin rejimi tətbiq edilməyəcək
Tbilisi, 17 sentyabr, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxma hallarında artım olmasına baxmayaraq, hökumət ölkə ərazisində ciddi karantin rejimi və digər sərt məhdudiyyətlər tətbiq etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria söyləyib.
Baş Nazir deyib: “Pandemiya ilə əlaqədar bəzi lokal məhdudiyyətlər ola bilər. Lakin sərt və sistemli məhdudiyyətlər olmayacaq.
Hazırda bizim üçün əsas prioritet iqtisadiyyatın sürətli bərpası və vətəndaşların sağlamlığını qorumaqdır. Biz epidemioloqlarla birlikdə virusun yayılmasının qarşısını almaq və iqtisadiyyatı inkişaf etdirmək istiqamətində çalışacağıq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]