GÖMRÜK ƏMƏKDAŞLARI ÜÇÜN TƏLİM KURSLARI TƏŞKİL OLUNACAQDIR
SCAD proqramının milli əlaqələndiricisi Məzahir Əfəndiyev AZƏRTAC-a demişdir ki, Avropa Birliyi tərəfindən maliyyələşdirilən Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı SCAD tərəfindən Azərbaycanın Dövlət Gömrük Komitəsinin DGK işini müasir səviyyədə qurması üçün verilən bir çox müasir avadanlıq gömrük əməkdaşlarının gündəlik işində önəmli rol oynayacaqdır. Bu ilin aprelində Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin 40 əməkdaşı üçün həmin avadanlıqla davranış və istifadə qaydalarını, eyni zamanda, Avropa təcrübəsini öyrənmək məqsədi ilə təlim kursları təşkil olunacaqdır.