Gömrük nəzarətindən gizlədilən qəlyan tütünləri aşkarlanıb
Bakı, 22 may, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən qəlyan tütünləri aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının “Mercedes-Benz Actros” markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan döşəyin altında, tavan hissəsində 88 ədəd 125 qramlıq “Musthave” markalı qəlyan üçün tütün aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.