GÖMRÜKÇÜLƏR HEYDƏR ƏLİYEV SİYASƏTİNƏ, DÖVLƏTƏ SƏDAQƏT ANDI İÇMİŞLƏR
Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilmişdir. Komitənin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününə təsadüf edən mərasimin əhəmiyyətindən danışmış, gömrükçülərin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulamış, bu sahədə aparılan köklü islahatların məhz ulu öndərin adı ilə bağlı olduğunu vurğulamışdır.
Bildirilmişdir ki, hər il mayın 10-da gömrükçülər Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sadiqliyini göstərərək and içirlər. Bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra bir qrup əməkdaş and içmiş, xidmətə yeni qəbul olunmuş gənc gömrükçülər “Azərbaycan gömrüyü: dünən, bu gün, sabah” sənədli filminə baxmışlar.