Goranboyda qanvermə aksiyası keçirilib
Goranboy, 11 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Goranboyda “Sağlam həyat üçün qan verək” adlı qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində şəhər sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasında irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin sağlamlığı üçün qan təminatının yaxşılaşdırılması məqsədilə “Sağlam həyat üçün qan verək” adlı qanvermə kompaniyasına qoşulublar.