GÖRKƏMLİ MAARİFÇİNİN 150 İLLİYİ QEYD OLUNMUŞDUR
Muzeyin direktoru, filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Rəfael Hüseynov sessiyanı açaraq Məhəmməd Tağı Sidqinin Azərbaycanın ədəbi-bədii tarixində özünəməxsus yeri olduğundan danışmış, onun yaradıcılığının bəzi məqamlarından bəhs etmişdir.
Filologiya elmləri doktoru, professor Xeyrulla Məmmədov yazıçının ədəbi-tənqidi görüşləri barədə məruzə etmişdir. Filologiya elmləri namizədləri Gülbəniz Babaxanova və Şamil Vəliyev Məhəmməd Tağı Sidqinin XIX əsr Azərbaycan maarifçilik tarixində tutduğu fəal mövqeyindən ətraflı danışmışlar.
Natiqlər vurğulamışlar ki, M.T.Sidqinin əsərlərində elm və məktəblə bağlı fikirlər bu gün də müasir səslənir. Ona görə də Azərbaycanda ziyalı nəslinin yetişməsində maarifpərvər insanın həmişəyaşar irsinin öyrənilməsinə ehtiyac var.