Azərbaycan Dövlət İnformasiya Agentliyi

Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib VİDEO

Bakı, 27 fevral, AZƏRTAC

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Fəxri xiyabana gələrək görkəmli hərbi və ictimai-siyasi xadim Akim Əli oğlu Abbasovun məzarını ziyarət edib və məzarın qarşısına Müdafiə Nazirliyinin adından çələng qoyublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-mayor A.Abbasovun xatirəsi ehtiramla yad edilib, onun nəsillərə örnək olan mənalı ömür və döyüş yolu barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, Akim Abbasov 1911-ci il mayın 25-də Naxçıvan Muxtar Respublikasının Nəzərabad (Dəmirzindan) kəndində anadan olub. Valideynlərini erkən itirdikdən sonra uşaq evində tərbiyə alıb və gənc yaşlarından taleyini hərbi peşəyə həsr edib. O, Zaqafqaziya hərbi hazırlıq məktəbini, Zaqafqaziya Quru Qoşunları hərbi kursunu bitirib. Yetmiş yeddinci diviziyada dağ-atıcı taqım, dağ-atıcı alay komandiri, diviziyanın əməliyyat şöbəsi və qərargahının rəisi vəzifələrində xidmət edib.

Böyük Vətən müharibəsinin ilk günlərindən Cənub-Qərb cəbhəsində döyüşlərə qatılıb, xüsusilə Donbas yaxınlığında özünü qorxmaz, igid və şücaətli qəhrəman kimi göstərib. Qafqazın müdafiəsində 402-ci Azərbaycan atıcı diviziyasının alay komandiri kimi fərqlənib və qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlib. Cənub, Cənubi-Qərb, Şimali Qafqaz və başqa cəbhələrdə Akim Abbasovun komandanlıq etdiyi hərbi hissələrin döyüşçüləri düşmənə ağır itkilər verib.

1942-ci ildə "Qızıl Əsgər" qəzeti Ukrayna cəbhəsindən yazırdı: "Abbasov yoldaşın hissəsi bir neçə gün ərzində 34 kilometr irəliləmişdir. Dörd yaşayış məntəqəsini, 2 müqavimət məntəqəsini düşməndən azad edib, almanların 79 tankını, 3 avtomobilini, 2 radiostansiyasını məhv edib". Bu kimi materiallar yüzlərlədir.

Müharibədən sonra Frunze adına Hərbi Akademiyanı fərqlənmə diplomu ilə bitirən A.Abbasova 1957-ci ildə "general-mayor" ali hərbi rütbəsi verilib və bu rütbədə 12 ildən çox diviziyalara komandirlik edib.

İstefaya buraxıldıqdan sonra avtomobil nəqliyyatı nazirinin müavini, Azərbaycan Respublikası Sülhü Müdafiə Komitəsində məsul katib, Bakı Müharibə Veteranları Komitəsinin sədri vəzifələrində çalışıb, üç çağırış respublika Ali Sovetinə deputat seçilib. Onun döyüş rəşadəti və əmək xidmətləri iki "Qırmızı Bayraq", iki "Qırmızı Ulduz", birinci dərəcəli "Böyük Vətən müharibəsi", "Şərəf nişanı" ordenləri və çoxlu medallarla qiymətləndirilib.

Müdafiə Nazirliyinin İdarə rəisi general-mayor Rasim Əliyev bu gün xalqımızın general oğlu Akim Abbasovun məzarını qalib ölkənin vətəndaşı, qalib ordunun zabiti kimi ziyarətə gəldiklərindən qürurla danışaraq deyib: "2020-ci il sentyabrın 27-də "Dəmir Yumruq" əməliyyatı ilə başlanan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə çalıb, tarixi torpaqlarımız işğaldan azad olunub, respublikamızın ərazi bütövlüyü bərpa edilib. Bütün bunlara görə qəhrəman ata-babalarımıza, qalibiyyət yürüşündə bizə örnək olan, zəfər yolumuza nur saçan igid sərkərdələrimizə borcluyuq. Ataların yolu oğulların yoludur və biz ata-babalarımızın qəhrəmanlıq ənənələrini bundan sonra da uğurla davam etdirəcək, müdrik Prezidentimizin, yenilməz və qətiyyətli Ali Baş Komandanımızın əmrlərinə hər an hazır olacağıq".

General-mayor A.Abbasov haqqında bir neçə kitabın müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani igid sərkərdə haqqında xatirələrini bölüşüb: "Generalı 1975-ci ildən tanıyırdım. Vətənpərvər, xeyirxah bir ağsaqqal idi. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində yaxından iştirak edərdi. Son dərəcə nikbin və həyatsevər idi. Ancaq 1990-cı illərin əvvəllərində ölkədəki özbaşınalıq, Bakıda baş verən qarşıdurmalar, vətəndaş itaətsizliyi səbəbindən general böyük narahatçılıq hissi keçirərdi.

Erməni faşistlərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri vəhşiliklər, soyqırımı xəbəri onu daha da sarsıtmışdı. Ertəsi gün o, sədri olduğu Bakı Müharibə Veteranları Komitəsinə gələrək veteranlarla görüşür, SSRİ Sülhü Müdafiə Komitəsinin sədri, dünyaşöhrətli şahmatçı Anatoli Karpova telefon açaraq qəzəblə tələb edir ki, Qarabağ məsələsində o da mövqeyini bildirsin, haqq-ədaləti müdafiə etsin. Moskvada oturanları başa salsın ki, Azərbaycan xalqı sülhsevər xalqdır. Bu xalqın heç kimin torpağında gözü olmayıb. İndiki Ermənistan dövlətinin qurulduğu ərazilər də qədim Azərbaycan torpaqlarıdır.

Həmin vaxt Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov da generalın razılığı ilə Karpova bir neçə tutarlı söz deyir ki, yuxarıdakılara - ermənilərə rəvac verənlərə çatdırsın.

Nəinki azərbaycanlılara, eyni zamanda, insanlığa, bütün bəşəriyyətə qarşı törədilmiş bu faciəyə dözməyən general fevralın 27-də səhər saatlarında "Səbir etmək kifayətdir, hamı bir amal uğrunda birləşsin, qeyrət qılıncları qınından çıxsın. Vətənimiz təhlükədədir, gətirin mənim qılıncımı, mənim də atımı yəhərləyin. Erməni nə karədir ki...", - deyərək dünyasını dəyişib".

Görkəmli hərbi xadimin ölümündən xəbər tutan ulu öndər Heydər Əliyev Naxçıvan ziyalılarından və ağsaqqallarından ibarət nümayəndə heyətini onun dəfnində iştirak etmək üçün Bakıya göndərir və ailəsinə sonsuz kədər hissi ilə başsağlığı verir.

A.Qurbani qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev A.Abbasovun xidmətlərini həmişə yüksək qiymətləndirər və onun Azərbaycanın hərb tarixində müstəsna yeri olduğunu dəfələrlə qeyd edərdi. Ulu öndər Heydər Əliyevə görə, atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır. Bizim Həzi Aslanov, Akim Abbasov, Mahmud Əbilov və başqaları kimi generallarımız, sərkərdələrimiz olubdur. Bunlar bizim tariximizdir. Tarixdən heç bir şeyi silmək olmaz, onun hər bir mərhələsi xalqın salnaməsi, həyat yoludur.

Məlumat üçün bildirilir ki, bu il mayın 25-də unudulmaz sərkərdənin anadan olmasının 110 ili tamam olacaq.

Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib