Göyçayda 35 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvəndlənib
Göyçay, 7 iyul, AZƏRTAC
Göyçay rayonunda vətəndaşların dünyanı cənginə alan COVID-19 əleyhinə vaksinasiyası davam etdirilir.
Bu barədə rayon icra hakimiyyətində yaradılan operativ qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, artıq müxtəlif yaş qrupu üzrə 35 min 6 nəfər peyvənd olunub. Onlardan 24 min 79 nəfərə birinci, 10 min 927 nəfərə ikinci doza vurulub. Peyvənd vurulanların 2 min 128 nəfəri yaşı 65-dən yuxarı, 9 min 188 nəfəri 50-65 yaşarası, 4 min 226 nəfəri 40-49 yaşarası, 8 min 537 nəfəri 40 yaşdan aşağı olan sakinlərdir.
Rayonda sakinlərin vaksinasiyası davam etdirilir.