Göyçayda iki nəfər itkin düşüb
Bakı, 14 fevral, AZƏRTAC
Göyçayda iki nəfər itkin düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayonun Potu kənd sakini 1997-ci il təvəllüdlü Ramiz Hacıyev yanvarın 16-da, Göyçay şəhər sakini 1974-cü il təvəllüdlü Tərlan İsgəndərov isə fevralın 3-də evdən çıxaraq bir daha geri qayıtmayıblar.
Ramiz Hacıyev evdən çıxarkən əynində cins şalvar, qırmızı köynək və qara rəngli gödəkçə olub. Tərlan İsgəndərov isə evdən çıxarkən əynində tünd yaşıl rəngli gödəkçə, cins şalvar və qara rəngli ayaqqabı olub.
Həmin şəxsləri tanıyanlardan və barələrində məlumatı olanlardan DİN-in 102 - Zəng Mərkəzi Xidmətinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinə (020-274-42-91 və 050 774-04-91) zəng edərək məlumat vermələri xahiş olunur.