Göyçayın Şəhidlər xiyabanında ağacəkmə aksiyası keçirilib
Göyçay, 7 dekabr, AZƏRTAC
“Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə Göyçayda “Vətən bağı” adlı ağacəkmə aksiyası keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Paşa Holdinq”, “Kapital Bank” və rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilən ağacəkmə aksiyası çərçivəsində Göyçay şəhər Şəhidlər xiyabanında müxtəlif növ 280 ağac əkilib.