“Göygöl” Elektrik Şəbəkəsi Müəssisəsində istismar səviyyəsi yüksəlmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədi ilə “Göygöl” EŞ-də mühüm addımlar atılır.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin 10 ayında sayğac uçot sisteminin qaydaya salınması, ödənişlərin səviyyəsinin yüksəldilməsi ən əsası isə istehlakçılara göstərilən xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədi ilə sözügedən dövrdə 1000-ə yaxın smartkart tipli sayğac quraşdırılmışdır. 6 kilovoltluq hava xətlərinin 18 kilometrə yaxın hissəsi kabel xəttinə keçirilmişdir. Eyni zamanda 10 və 6 kilovoltluq xətlərin 7 kilometrdən artıq hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 69 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmiş, qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 306,9 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 18,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [12:27]
Beş ayda ölkədə istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb
- 18.06.2026 [12:20]
Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb
- 18.06.2026 [11:44]
İkinci rübdə neft daşınmalarının 4,8 faiz azalması gözlənilir
- 18.06.2026 [11:41]