Göygöl rayonunda yaşayış evləri subasmaya məruz qalıb
Bakı, 30 avqust, AZƏRTAС
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Göygöl rayonunun Ordubadi, Şəhriyar, Qaçaq Nəbi və Mirzə İbrahimov küçələrində bəzi fərdi yaşayış evlərinin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal Gəncə Regional Mərkəzinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
FHN-in qüvvələri suyun çəkilərək kənarlaşdırılmasını təmin edib, zəruri təhlükəsizlik tədbirləri görüblər.