“Grand Chess Tour”: Şahmatçılarımız növbəti turda da heç-heçəyə imza atıblar
Bakı, 6 iyun, AZƏRTAC
İyunun 6-da “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin ikinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Rumıniyada keçirilən turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. İkinci turda Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişuk, Teymur Rəcəbov niderlandlı Aniş Giri ilə heç-heçə ediblər. Qeyd edək ki, şahmatçılarımızın birinci turda qarşılaşmaları da heç-heçə ilə başa çatıb.
Turun digər oyunlarında Rumıniya təmsilçiləri Boqdan-Daniel Dyak fransalı Maksim Vaşye-Laqrava qalib gəlib, Konstantin Lupulesku isə Fabiano Karuanaya uduzub. Uesli So ilə ermənistanlı Levon Aronyan görüşü isə heç-heçə ilə başa çatıb.
Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:46]
Çempionlar Liqası: "Sabah"–“Slaviya Praqa” oyunu başlayıb
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]