“Grand Chess Tour”: Şahmatçılarımızın birinci turda qarşılaşmaları heç-heçə ilə başa çatıb
Bakı, 6 iyun, AZƏRTAC
Dünyanın elit şahmatçılarının mübarizə apardıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsi start götürüb.
AZƏRTAC xəbər verir ki, Rumıniyada keçirilən turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Doqquz turdan ibarət olan turnirin birinci turunda şahmatçılarımızın hər ikisinin ABŞ təmsilçiləri - Ş.Məmmədyarovun Uesli So, T.Rəcəbovun Fabiano Karuana ilə qarşılaşmaları heç-heçə ilə başa çatıb. Turun digər oyunları - rusiyalı Aleksandr Qrişuk fransalı Maksim Vaşye-Laqrav, yerli idmançılar Boqdan-Daniel Dyak niderlandlı Aniş Giri, Konstantin Lupulesku ermənistanlı Levon Aronyan qarşılaşmaları da heç-heçə ilə başa çatıb.
Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:46]
Çempionlar Liqası: "Sabah"–“Slaviya Praqa” oyunu başlayıb
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]