GUAM BU İL BEYNƏLXALQ TƏŞKİLAT STATUSU ALA BİLƏR
Xarici işlər nazirinin müavini Andrey Veselovski bildirmişdir ki, beynəlxalq təşkilatların formalaşdırılması üçün qanunlar yaradılmalı, texniki və təşkilati hazırlıq istiqamətində iş aparılmalıdır.
Onun sözlərinə görə, son zamanlar bu sahədə fəal iş görülmüşdür. Diplomat demişdir ki, 2006-cı ilin fevralında ekspertlərin Tbilisidə və Bakıda görüşləri gözlənilir. Həmin görüşlər zamanı bu proses başa çatdırılacaqdır.
Bu il Ukraynanın sədrliyi ilə GUAM-ın növbəti zirvə toplantısı keçiriləcəkdir. Güman ki, beynəlxalq təşkilatın yaradılması həmin görüşdə elan ediləcəkdir.