GUAM müxtəlif xarici bazarlar üçün nəzərdə tutulmuş yeni turizm layihələri işləyib hazırlayır
Kiyev, 21 aprel (AZƏRTAC). GUAM Katibliyindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 19-20-də təşkilatın baş qərargahında GUAM-ın turizm üzrə işçi qrupunun 14-cü iclası keçirilmişdir. İclasda GUAM turizm administrasiyasının və turoperatorlarının nümayəndələri iştirak etmişlər.
İclas iştirakçıları Katibliyin Yaponiya mass-mediası nümayəndələri üçün mətbuat turunun təşkili barədə informasiya dinləmiş və mətbuat turu proqramının son variantını razılaşdırmışlar.
Tərəflər həmçinin ayrı-ayrı xarici bazarlar üçün nəzərdə tutulmuş yeni layihələrin işlənib hazırlanmasının mümkünlüyünü müzakirə etmişlər.
Növbəti profil iclasının bu ilin ikinci yarısında Kiyevdə keçirilməsi planlaşdırılmışdır.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]