GUAM ÖLKƏLƏRİ DÖVLƏT BAŞÇILARININ İKİNCİ ZİRVƏ GÖRÜŞÜNÜN İŞTİRAKÇILARI VƏTƏNLƏRİNƏ YOLA DÜŞMÜŞLƏR
AZƏRTAC xəbər verir ki, Bakıda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM ölkələri dövlət başçılarının ikinci zirvə görüşündə iştirak edən Rumıniya Prezidenti Trayan Besesku, Ukrayna Prezidenti Viktor Yuşşenko, Litva Prezidenti Valdas Adamkus, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Polşa Prezidenti Lex Kaçinski, Bolqarıstanın vitse-prezidenti Angel Marin və Moldovanın Baş naziri Vasile Tarlevin ölkəmizə işgüzar səfəri iyunun 19-da başa çatmışdır.
Heydər Əliyev adına beynəlxalq hava limanında qonaqların şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qonaqları Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov və digər rəsmi şəxslər yola saldılar.