Güclü külək Gəncədə bir sıra fəsadlar törətmişdir
Gəncə, 13 mart (AZƏRTAC). Martın 13-də günortadan sonra əsən güclü külək Gəncə şəhərində bir sıra fəsadlar törətmişdir.
AZƏRTAC xəbər verir ki, güclü külək bəzi evlərə ziyan vurmuş, şəhərin elektrik təsərrüfatında fasilələr yaranmışdır.
Külək Həmid Sultanov küçəsindəki 2 nömrəli evin dam örtüyünü qaldıraraq qonşu evin həyətinə atmış, Əlövsət Məmmədov küçəsində isə irigövdəli çinar kökündən qoparaq yaxınlıqdakı evin hasarını uçurmuşdur. Ümumilikdə, bir sıra evlərə müxtəlif dərəcədə ziyan dəymişdir.
Gəncə Şəhər Elektrik Şəbəkəsindən verilən məlumata görə, artıq təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılmışdır. Hazırda şəhərə elektrik enerjisinin verilişində heç bir ciddi problem yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [14:54]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
- 16.06.2026 [12:54]
Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq
- 16.06.2026 [10:14]