Güclü külək Gəncədə Yeni il ağacını aşırıb VİDEO
Gəncə, 23 dekabr, AZƏRTAC
Gəncə şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, axşam saatlarından qərb bölgəsində güclü külək əsməyə başlayıb.
Gəncənin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb, bir neçə yerdə ağac aşıb.
Həmçinin Gəncənin mərkəzi meydanında Yeni il bayramı ilə əlaqədar quraşdırılan şam ağacı aşıb. Xəsarət alan olmayıb.
Qısaqapanma səbəbindən transformatorlardan birində yanğın olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.
Hazırda küləkli hava şəraiti davam edir.