Güclü leysan Qax rayonunun təsərrüfatlarına xeyli ziyan vurmuşdur
Qax, 24 avqust (AZƏRTAC). Avqustun 23-dən 24-ə keçən gecə qasırğa ilə müşayiət olunan güclü leysan nəticəsində Qax rayonunun ərazisindən axan dağ çaylarında daşqınlar baş vermiş, rayon mərkəzində və kəndlərdə vətəndaşların şəxsi təsərrüfatlarına, əkin sahələrinə, rabitə və elektrik xətlərinə, yol infrastrukturuna xeyli ziyan dəymişdir.
Rayon fövqəladə hallar komissiyasının sədri Tahir İsmayılov AZƏRTAC-a bildirmişdir ki, güclü külək və leysan nəticəsində Qax şəhərində bir sıra ictimai binaların dam örtükləri zədələnmiş, şəhərə elektrik enerjisinin verilməsində fasilələr yaranmış, ağaclar qırılmış, evlərin zirzəmilərini su basmışdır. Ləkit kəndində içməli su xətti sıradan çıxmış, sel suları Qaşqaçay-Armudlu yolunun bir hissəsini yumuş, Zəyəm çayının daşması nəticəsində əhaliyə məxsus fındıq bağlarını su basmışdır.
Hazırda rayon fövqəladə hallar komissiyası əlaqədar strukturlarla birgə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirir. Görülmüş tədbirlər nəticəsində Qax şəhərinə elektrik enerjisinin verilişi bərpa olunmuş, yollar, küçələr ağac qırıntılarından, qum-çınqıldan təmizlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]