Güclü yağış Goranboy rayonunun bir neçə kəndinə ziyan vurmuşdur
Goranboy, 22 avqust (AZƏRTAC). Avqustun 21-də yağan güclü yağışlar Goranboy rayonunun bəzi kəndlərində ciddi fəsadlar törətmiş, əkin sahələri və fərdi evlər sel sularının altında qalmışdır.
Rayon fövqəladə hallar komissiyasının sədri Baxış Abdullayevin AZƏRTAC-a verdiyi məlumata görə, gecə dağlıq ərazilərə yağan aramsız yağışlar selə çevrilərək Goranboyun Veyisli, Rəhimli, Abbasqulular və Qazanbulaq kəndlərini basmışdır. Bu kəndlərdə 280-ə yaxın ev sel sularının altında qalmış, bir çox evlərin hasarları və yardımçı tikililər dağılmış, 3 evdə isə çatlar əmələ gəlmişdir. Qazanbulaq körpüsü yararsız hala düşdüyündən bir neçə kəndlə əlaqə kəsilmişdir.
Hazırda adları çəkilən kəndlərdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində intensiv işlər aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]