Güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 7-dən 10-dək Şağan Olimpiya İdman Kompleksində ilk U-15 Azərbaycan çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışın ilk 2 günündə sərbəst güləşçilər mübarizə aparacaq. Növbəti 2 gündə isə yunan-Roma güləşçiləri çıxış edəcək. Hər gün 5 çəki üzrə qaliblər müəyyənləşəcək. Görüşlər saat 10:30-da başlayacaq.
İyunun 7-də saat 16:00-da ilk dəfə keçiriləcək çempionatın açılış mərasiminin başlanması nəzərdə tutulub.
Qeyd edək ki, çempionatın nəticələrinə əsasən, U-15 yaş qrupu üzrə milli komandaların heyəti formalaşacaq.
Yığmalarımız Avropa çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışı keçdikdən sonra qitə birinciliyinə ezam olunacaq.
U-15 Avropa çempionatı iyulun 16-dan 19-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]