Güləşçimiz Cəbrayıl Həsənov dünya çempionatında gümüş medal qazanıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, çempionatın ikinci yarış günündə 57, 65, 79 və 92 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər mübarizə aparıblar.
Mübarizəyə səkkizdəbir finaldan qoşulan Cəbrayıl Həsənov (79 kq) çətinlik çəkmədən Puerto-Riko idmançısına qalib gəlib. Yığmamızın kapitanı dörddəbir finalda Belarus təmsilçisi üzərində də inamlı qələbə qazanaraq yarımfinala adlayan ilk güləşçimiz olub. Finalın bir addımlığında Cəbrayıl əsl əzmkarlıq nümayiş etdirib. İranlı güləşçi 3:0 hesabı ilə önə keçsə də, son yarım dəqiqədə möhtəşəm geridönüş edən həmyerlimiz karyerasında ilk dəfə finala yüksəlib.
İdmançımız oktyabrın 22-də amerikalı Kayl Duqlas Deyklə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş rəqibin qələbəsi ilə başa çatıb. Beləliklə, C.Həsənov dünya çempionatında gümüş medala sahib çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]