Gündəlik içilən bu içki qaraciyər xərçənginə qarşı qoruyucu təsir göstərir
Bakı, 5 sentyabr, AZƏRTAC
Çin və ABŞ-dan olan beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, çayın müntəzəm istehlakı qaraciyər xərçəngi riskini azaldır.
AZƏRTAC xəbər verir ki, böyük araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub. Tədqiqatda 2 mindən çox qaraciyər xərçəngi diaqnozu qoyulmuş xəstə və təxminən 8 min sağlam insan iştirak edib.
Alimlər iştirakçıların həyat tərzini, o cümlədən çay içmə, siqaret çəkmə, spirtli içkilərədən istifadə vərdişlərini, hepatit B və C virusunun mövcudluğunu və içməli suyun keyfiyyətini müqayisə ediblər. Məlum olub ki, tədqiqat zamanı çay içməyə davam edən şəxslərin qaraciyər xərçəngi riski içməyənlərlə müqayisədə 49 faiz azdır. Maraqlıdır ki, çay içməyi dayandıranlarda risk orta göstəricidən yüksək çıxıb.
Effekt digər risk faktorlarından asılı olmayaraq, həm hepatit B daşıyıcısı olanlarda, həm də olmayanlarda, həm siqaret çəkənlərdə, həm də spirt qəbul edənlərdə özünü biruzə verib. Xüsusilə spirt istifadəçilərində çayın qoruyucu təsiri diqqətəlayiq olub. Onlarda xərçəng riski təxminən yarıya qədər azalıb. Alimlər hesab edirlər ki, çaydakı antioksidantlar və polifenollar bu prosesdə əsas rol oynaya bilər.
Tədqiqatçılar vurğulayırlar ki, çay mütləq sübut olunmuş profilaktik tədbirlər olan hepatit B-yə qarşı peyvənd, spirt içkilərin istifadəsinin dayandırılması və təmiz sudan istifadənin yerini vermir. Lakin müntəzəm çay istehlakı, xüsusilə yüksək risk qrupuna aid insanlar üçün, xəstəliyin riskini azaltmaq yolunda əlavə və əlçatan vasitə ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]