Gürcü nazir: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyəti daha da artıb
Tbilisi, 2 may, AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi olduqca mühüm layihədir. Bu layihənin əhəmiyyəti son dövrlərdə daha da artıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu baxımdan Türkiyə, Gürcüstan və xüsusilə, Azərbaycanla sıx əməkdaşlığın önəmi də artmaqdadır.
Nazir deyib: “Bakı-Tbilisi-Qars layihəsi illərdir ki, davam edirdi və biz artıq layihənin genişləndirilməsi mərhələsinə qədəm qoyduq. Biz ilk olaraq tikinti işlərini yekunlaşdırmaq niyyətindəyik. Hazırda idarəetmə hissəsinin yekunlaşdırılması haqqında tərəflər arasında danışıqlar gedir. Bu, bizə elektron idarəetmə proqramının hazırlanmasına və əməliyyatların avtomatik olaraq həyata keçirilməsinə imkan verəcək”.
“Hədəfimiz bu yol vasitəsilə daşımaların həcmini hazırkı mərhələdə beş milyon tona çatdırmaqdır”, - deyə L.Davitaşvili vurğulayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]