GÜRCÜSTAN AZƏRBAYCANA OLAN ENERJİ BORCLARINI ÖDƏMƏYƏ BAŞLAMIŞDIR
Gürcüstan energetikləri yığılıb qalmış borclarının qaytarılmasına dair əvəllər imzalanmış razılaşma çərçivəsində Azərbaycana elektrik enerjisi verməyə başlamışlar. “Azərenerji” SC-nin baş mühəndisi Saleh Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu hələ 1990-cı illərdən yığılan bu borclar ötən illər az-az ödənilmiş və indi təxminən 17 milyon kilovat-saatı qalmışdır.
Hazırda Gürcüstandan gündə təxminən 1 milyon kilovat-saat elektrik enerjisi alınır. Beləliklə, neçə illər gündəlikdən düşməyən borc məsələsi sentyabrın əvvəllərində tamamilə həll olunacaqdır.
Baş mühəndisin sözlərinə görə, iki ölkənin enerji idarələri fövqəladə hallarda əməkdaşlıq haqqında yeni sazişlər bağlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]