Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Gürcüstan deputatlarından Ermənistan mətbuatının təxribatçı hərəkətlərinə etiraz

Tbilisi, 17 fevral, AZƏRTAC

Gürcüstan parlamentinin deputatları Ermənistan mətbuatının Gürcüstan hökumətinin guya bu ölkədə türklərə və azərbaycanlılara daha çox üstünlük verməsi, erməniləri isə sıxışdırması və onların hüquqlarını pozması barədə son günlər yaydığı yalan məlumatlara etirazlarını bildiriblər.

Parlamentdəki “Gürcü arzusu” fraksiyasının rəhbəri Georgi Volski fraksiya adından etiraz bəyanatı yayıb.

G.Volski AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib ki, Ermənistan mətbuatı Gürcüstanın Cavaxetiya bölgəsindən olan Vaaqn Çaxalyanın heç bir etikaya sığmayan müraciətini yaymaqla böyük səhvə yol verib. Qatı millətçi olan V.Çaxalyanın bəyanatı birmənalı şəkildə təxribatçı hərəkətdir. Şərqdə baş verən mürəkkəb proseslər zamanı bu cür bəyanatlar Gürcüstanın qonşu ölkələrlə dostluq və iqtisadi əlaqələrini, biznes layihələrini zərbə altına qoyur. İlk növbədə, bu, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu yolun Gürcüstan ərazisindən keçən böyük bir hissəsi Cavaxetiya bölgəsinə düşür: “Nəzərə alsaq ki, iqtisadi önəmi ilə yanaşı, bu dəmir yolu magistralı Şərqlə Qərb arasında münasibətlərin dərinləşməsində mühüm rol oynayan beynəlmiləl bir layihədir, onda belə hərəkətlərə heç bir halda yol vermək olmaz.

Çaxalyanın bugünkü fəaliyyəti bizim dövlətçiliyimizə qarşıdır və eyni zamanda, Gürcüstanda yaşayan etnik azərbaycanlılarla ermənilər arasında münaqişənin yaranmasına xidmət edir. Bu da müvafiq dövlət strukturlarından bu və digər faktlara dərhal reaksiya verməyi tələb edir. Bizim dövlətimiz bu cür təxribatçı hərəkətlərin qarşısını almağa və regional layihələrin və milli etniklərin təhlükəsizliyini qorumağa qadirdir”.

Hakim partiyadan olan deputat Mahir Dərziyev məsələyə münasibət bildirərək deyib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə çox gözəl dostluq və qonşuluq münasibətləri var: “Biz xüsusilə Azərbaycan ilə strateji tərəfdaşıq. Bu gün bu üç ölkənin birbaşa iştirakı ilə regionda çox mühüm layihələr həyata keçirilir. Bu da təbii ki, bizi istəməyən qüvvələrin qısqanclığına səbəb olur”.

Deputat bildirib ki, Çaxalyanın bu cür bəyanatları onun tərəfində olan qüvvələrin daha böyük məqsədlərə hesablanmış addımlarıdır. Qarşıdan parlament seçkiləri gəlir və bəzi qüvvələr bundan öz məqsədləri üçün istifadə edə bilərlər. Digər tərəfdən, bu cür bəyanatlar bəzi qüvvələrin pozuculuq maraqlarına xidmət edir. “Amma əminəm ki, Gürcüstanın müvafiq dövlət və hökumət strukturları bu cür bəyanatlara kəskin reaksiya verəcəklər. Çaxalyan və onun kimiləri öz hərəkətlərinə görə layiqli cəzalarını alacaqlar”, deyə M.Dərziyev vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın Cavaxetiya bölgəsindən olan Vaaqn Çaxalyan bu ölkədə milli, etnik zəmində qarşıdurmalar yaratdığına görə dəfələrlə məsuliyyətə cəlb olunub. O, Cavaxetiya bölgəsinin zorla Gürcüstandan alınaraq Ermənistana birləşdirilməsinə çalışıb. 2009-cu ildə ictimai asayişi ciddi şəkildə pozduğuna, eləcə də yenidən milli, dini və irqi zəmində qarşıdurmalar yaratdığına görə uzun müddətə azadlıqdan məhrum edilib. 2013-cü ilə hökumətin elan etdiyi amnistiya aktı ilə azadlığa buraxılıb. Yenidən fəallaşmağa başlayan Çaxalyan erməniləri və digər xristianları azərbaycanlılara və türklərə qarşı mübarizəyə səsləyib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Bakı Dövlət Universiteti “Məzun günü” keçirib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verildi

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib

Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Nazir: İkili ixtisası olan müəllimlər hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar

Araz çayında suyun səviyyəsi artıb VİDEO

Emin Əmrullayev: Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər

İslamabad abadlıq üzrə Bakının təcrübəsindən faydalanacaq

UEFA Regionlar Kuboku: Azərbaycan çempionunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Ağsuda vətəndaşlarla görüşəcək

“Sənət sevgi ilə işlənən zaman daha gözəl olur” FOTO VİDEO

Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir

Nazir: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqının 1295 manata çatması ehtimal olunur

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

® “Unibank” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlərə dəstək olub

Hərbi ekspert: Ukraynada cəbhədə vəziyyət çox ağırdır

MİQ-dən keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43 olub

Emin Əmrullayev: Xarici dil müəllimlərinin 21 faizi sertifikasiya imtahanında keçid balını toplaya bilməyib

Nazir müəllimlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatların bölünməsi məsələsinə aydınlıq gətirib

Astanada ŞƏT sammitində dünya liderləri iştirak edəcəklər

Sertifikasiya imtahanında orta balı yüksək olan müəllimlərin olduğu rayon və şəhərlərin adları açıqlanıb - RƏSMİ

İngiltərə millisinin üzvü oyun zamanı komanda yoldaşını təhqir edib

Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında dövlət və hökumət başçıları mühüm rol oynayır

Nazir: İbtidai sinif müəllimlərinin 20 faizi sertifikasiya imtahanında 51 bal və daha yüksək nəticə göstərib

Aslan Kərimov: Gürcüstan millisinin bu cür oyunla qrupdan çıxmağı gözlənilməz oldu

Emin Əmrullayev: İbtidai sinif müəllimlərinin 86 faizi sertifikasiya imtahanında uğurlu nəticə göstərib

Danimarka “iqlim meteorizmi”nə vergi tətbiq edən ilk ölkə ola bilər

Nazir: 2022-2024-cü illərdə 64,5 min müəllim sertifikasiya imtahanında iştirak edib

Türkoloq alimlər Bişkekdə Mahmud Kaşğari irsini müzakirə ediblər