Gürcüstan hökuməti quru sərhədlərin açılması məsələsini müzakirə edir
Tbilisi, 29 mart, AZƏRTAC
Gürcüstan hökuməti quru sərhədlərin açılması məsələsini nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava məlumat verib.
Nazir deyib ki, milli valyuta - larinin məzənnəsinin sabitliyini bərpa etmək, iqtisadiyyatı inkişaf etdirmək üçün ölkəyə valyuta axını olmalıdır. Bunun üçün isə turizmin bərpası və inkişafı çox vacibdir.
Onun sözlərinə görə, turizmin bərpası üçün əsas məhdudiyyətlər artıq aradan qaldırılıb. Əsas maneələrdən biri də quru sərhədlərlə bağlıdır. “Hökumət hazırda quru sərhədlərin açılması üçün ilkin şərtləri müzakirə edir. İnanırıq ki, bu, bizim maliyyə bazarımız üçün yaxşı nəticələr verəcək”, - deyə N.Turnava vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]