Gürcüstan ilə Çin viza rejimini ləğv ediblər
Tbilisi, 10 aprel, AZƏRTAC
Gürcüstan ilə Çin Xalq Respublikası arasında viza rejimi ləğv olunub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Çinin Gürcüstandakı səfiri Zhou Jiang iki ölkə hökumətləri arasında Gürcüstan vətəndaşlarının Çinə vizasız gediş-gəlişini təmin edəcək “Adi pasport sahibləri üçün viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında” saziş imzalayıblar.
Müqavilə qüvvəyə mindikdən sonra Gürcüstan vətəndaşları Çində 30 gün vizasız qala biləcəklər. Saziş hər iki ölkədə daxili hüquqi prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək.
Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqi ilə əlaqədar Çinin “China Southern Airlines” aviaşirkəti yay mövsümündə Gürcüstana uçuşların tezliyini artırmağı planlaşdırır.
Bundan əlavə, vizasız rejim qüvvəyə mindikdən sonra Tbilisi ilə Çinin ən böyük şəhərləri arasında birbaşa aviareyslərin açılması məsələsi ilə bağlı müzakirələrə başlanacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]