Gürcüstan mətbuatı AZƏRTAC-ın beynəlxalq və regional media təşkilatlarına müraciətini dərc edib
Tbilisi, 5 iyun, AZƏRTAC
Azərbaycan jurnalistlərinin Kəlbəcər rayonu ərazisində mina partlaması nəticəsində şəhid olmaları ilə bağlı hadisə Gürcüstan mətbuatının da diqqət mərkəzindədir.
Qonşu ölkənin report.ge portalı AZƏRTAC-ın üzvü olduğu beynəlxalq və regional media təşkilatlarına müraciətini rus, ingilis və gürcü dillərində dərc edib.
Həmçinin report.ge, interpress.ge, actual.ge və 24news.ge informasiya portallarında, 1tv.ge televiziyasında AZƏRTAC-ın müxbirinin və Azərbaycan Televiziyasının operatorunun Kəlbəcər rayonu ərazisində minaya düşərək şəhid olmaları barədə Azərbaycan, ingilis və gürcü dillərində materiallar yayımlanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi