Azərbaycan Dövlət İnformasiya Agentliyi

GÜRCÜSTAN PARLAMENTİNİN SƏDRİ NİNO BURCANADZENİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ

Gürcüstan parlamentinin sədri Nino Burcanadze yanvarın 28-də Azərbaycana ikigünlük rəsmi səfərə gəlmişdir.

Iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Bakı dəmir yol vağzalında xanım Nino Burcanadzeni və onu müşayiət edən şəxsləri Milli Məclisin sədri Murtuz Ələsgərov, parlament sədrinin müavini Ziyafət Əsgərov, Azərbaycanın Tbilisidəki səfiri Hacan Hacıyev, Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze, digər rəsmi şəxslər qarşıladılar.

Gürcüstan parlamentinin sədri jurnalistlərin suallarına cavab verərək bildirdi ki, ölkələrimiz arasında ən mehriban dostluq münasibətləri yaranmışdır. Səfər zamanı keçiriləcək görüşlərdə Azərbaycan-Gürcüstan münasibətlərinin indiki vəziyyəti və perspektivləri, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunacaqdır.

X X X

ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT

Elə həmin gün Gürcüstan parlamentinin sədri xanım Nino Burcanadze və onu müşayiət edən şəxslər Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəsur oğul və qızlarımızın xatirəsini ehtiramla andılar.

Gürcüstan parlamentinin başçısı şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Sonra xanım Burcanadze Şəhidlər xiyabanının fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze, Azərbaycanın Tbilisidəki səfiri Hacan Hacıyev də qonaqlarla birlikdə Şəhidlər xiyabanında olmuşlar.

X X X

XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ

Yanvarın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Gürcüstan parlamentinin sədri xanım Nino Burcanadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonaqları səmimi salamlayan nazir Vilayət Quliyev bu səfərin ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmlənməsi və əlaqələrin genişlənməsi üçün faydalı olacağına inam yaratdığını bildirmişdir.

Gürcüstan parlamentinin sədri Nino Burcanadze ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirərək, əlaqələrin bir çox sahələrdə genişlənməsinin, o cümlədən parlamentlərarası əlaqələrin inkişafının, beynəlxalq təşkilatlarda daha sıx əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulamışdır.

Görüş zamanı tərəflər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası və GUÖAM çərçivəsində terrorizmə qarşı birgə mübarizə aparılmasının vacibliyini xüsusi olaraq qeyd etmişlər.

Daha sonra xarici siyasət idarəsinin başçısı Vilayət Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş insanların ağır vəziyyəti və məsələnin sülh yolu ilə həlli istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat vermişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.

 

X x x

                     PARLAMENTLƏRARASI ƏLAQƏLƏR ÜZRƏ İŞÇİ QRUPUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞ

Ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri xanım Nino Burcanadze elə həmin gün Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür.

Gürcüstan parlamenti ilə dostluq qrupunun rəhbəri Zahid Qaralov görüşü açaraq ölkələrimizin parlament üzvləri arasında münasibətlərin inkişafı sahəsində son illər görülən işlər barədə məlumat verdi. Zahid Qaralov özünün başçılıq etdiyi regional məsələlər daimi komissiyasının fəaliyyətindən də danışdı.

Gürcüstan parlamentinin başçısı Nino Burcanadze qanun yaradıcılığı sahəsində əməkdaşlığı möhkəmləndirmək üçün Gürcüstan və Azərbaycanın qanunvericilik orqanlarında fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrər işci komissiyalarının fəaliyyətini gücləndirməyin vacibliyini vurğuladı. Gürcüstan və Azərbaycan parlamentlərinin deputatları uğurla əməkdaşlıq edir və mühüm məsələlərə dair fikir mübadiləsi aparırlar. Nino Burcanadze dedi: “Ölkələrimizin parlamentləri arasında elə etimad yaranmışdır ki, bəzən biz sənədləri imzalayarkən onları oxumaya da bilərik”.

Xanım N.Burcanadze yeni demokratik cəmiyyətin hüquqi bazasının yaradılması ilə bağlı Gürcüstan parlamentinin fəaliyyəti barədə ətraflı danışaraq bildirdi ki, qanunvericilik orqanının üzvləri Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə dair sazişi bu yaxınlarda ratifikasiya etmişlər.

Gürcüstan Parlamentinin sədri Abxaziya və Dağlıq Qarabağ münaqişələrinin nizama salınması məsələlərinə də toxunaraq dedi ki, bunların tezliklə həll edilməsi Cənubi Qafqazda möhkəm sülhü və təhlükəsizliyi təmin etməyə imkan verərdi.

Görüşdə Milli Məclis sədrinin müavini Ziyafət Əskərov, Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze, Azərbaycanın Tbilisidəki səfiri Hacan Hacıyev iştirak edirdi.

X X X

                                                             MİLLİ MƏCLİSDƏ QƏBUL

Sonra Gürcüstan Parlamentinin sədri xanım Nino Burcanadzeni Milli Məclisin sədri Murtuz Ələsgərov qəbul etdi.

Murtuz Ələsgərov hörmətli qonağı səmimiyyətlə salamlayaraq dedi ki, Gürcüstan parlamenti nümayəndələrinin Bakıya hər bir səfəri ölkələrimizin qanunvericilik orqanları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Gürcüstan dövlət müstəqilliyi əldə etdikdən sonra münasibətlərimiz daha intensiv inkişaf edir. Dövlət başçılarının görüşləri bu münasibətlərin inkişafında böyük rol oynayır. Əlamətdar haldır ki, Heydər Əliyev Azərbaycan Prezidenti vəzifəsinin icrasına yenicə başladığı zaman Gürcüstan Prezidenti Eduard Şevardnadze ölkəmizə səfər etmiş ilk dövlət xadimi olmuşdur. Sonralar ölkələrimizin münasibətlərinin inkişafına yeni təkan verən görüşlər oldu. Azərbaycan Prezidenti Heydər Əliyev 1996-ci ildə Gürcüstana rəsmi səfər etdi. Səfər zamanı 10-dan çox sənəd imzalandı, onların sırasında Gürcüstan və Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında müqavilə, Qafqaz regionunda təhlükəsizlik və sabitlik haqqında birgə bəyanat kimi vacib sənədlər də vardı. Ökələrimiz arasındakı münasibətlərin möhkəm təməlini qoymuş həmin bəyannaməni Heydər Əliyev “Tbilisi bəyannaməsi” adlandırmışdır. Bir il sonra Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı da mühüm danışıqlar aparıldı, neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında müqavilə və bir sıra digər sazişlər imzalandı.

Murtuz Ələsgərov Gürcüstan və Azərbaycan münasibətlərinin inkişafında parlament nümayəndələrinin roluna toxunaraq, Gürcüstan parlamentinin keçmiş sədri Zurab Jvaniya ilə keçirdiyi görüşlər üzərində ətraflı dayandı və dedi ki, onların ilk görüşü zamanı parlament əlaqələrinin təşkili haqqında birgə rəsmi məlumat imzalanmışdı.

Xanım Nino Burcanadze səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Gürcüstan-Azərbaycan münasibətlərinin bütün Cənubi Qafqaz xalqlarının əməkdaşlığına nümunə olduğunu məmnunluqla qeyd etdi. Sonra Gürcüstan parlamentinin başçısı qanun yaradıcılığı sahəsində, habelə Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda mühüm problemlərin müzakirəsində ölkələrimizin parlamnetlərinin əməkdaşlığı məsələləri üzərində ətraflı dayandı.

Nino Burcanadze Cənubi Qafqazda regional münaqişələrin tezliklə nizama salınması zərurətindən danışaraq vurğuladı ki, bu regionda sabitliyin bərqərar olması abxaz və Dağlıq Qarabağ münaqişələrinin həllindən çox asılıdır. Qafqaz yalnız bundan sonra inkişaf və tərəqqi edən regiona çevrilə bilər.

Tərəflər Gürcüstan-Azərbaycan parlamentlərarası münasibətlərinin inkişaf perspektivlərinə dair bir sıra məsələləri də müzakirə etdilər.

Qəbulda Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavini Ziyafət Əsgərov, Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze, Azərbaycanın Tbilisidəki səfiri Hacan Hacıyev, Milli Məclisin daimi komissiyalarının sədrləri iştirak edirdilər.

X X X

GÜRCÜSTAN VƏ AZƏRBAYCAN PARLAMENTLƏRİ SƏDRLƏRİNİN MƏTBUAT KONFRANSI

Parlamentlərin sədrləri görüşdən sonra mətubat konfransı keçirdilər.

Milli Məclisin sədri Murtuz Ələsgərov öz çıxışında vurğuladı ki, Gürcüstan parlamentinin başçısı Milli Məclis sədrinin dəvəti ilə Bakıya rəsmi səfərə gəlmişdir. O, xanım Burcanadzenin keçirdiyi görüşlərin və apardığı danışıqların yekunlarını yüksək qiymətləndirdi. Murtuz Ələsgərov jurnalistlərə bildirdi ki, Gürcüstan parlamentinin sədri səfərin ikinci günü Azərbaycanın baş naziri ilə görüşəcək, sonra isə onu Azərbaycan Prezidenti Heydər Əliyev qəbul edəcəkdir. Görüşlər başa çatdıqdan sonra biz birgə bəyanat imzalamaq barədə razılığa gəlmişik.

Gürcüstan parlamentinin sədri xanım Nino Burcanadze bildirdi ki, hazırda Gürcüstanla Azərbaycan arasında münasibətlərdə heç bir fikir ayrılığı yoxdur. Ölkələrimizin dostluq münasibətlərinin daha da yaxşılaşdırılması onun indiki səfəri çərçivəsində aparılacaq müzakirələrin əsas mövzusu olacaqdır. Gürcüstan və Azərbaycan xalqlarının yaxınlaşmasında mühüm rol oynayan parlamentlərarası əlaqələrin möhkəmələndirilməsinə də böyük diqqət yetiriləcəkdir.

Sonra Murtuz Ələsgərov və Nino Burcanadze Gürcüstan və Azərbaycan jurnalistlərinin suallarına cavab verdilər.

X X X

Həmin gün axşam Milli Məclisin sədri Murtuz Ələsgərovun adından Gürcüstan parlamentinin sədri xanım Nino Burcanadzenin şərəfinə rəsmi şam yeməyi verildi.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası