GÜRCÜSTAN PARLAMENTİNİN SƏDRİ UKRAYNALI HƏMKARI İLƏ GÖRÜŞMÜŞDÜR
Bunu jurnalistlərə Ukrayna Ali Radasının sədri Vladimir Litvin Gürcüstan parlamentinin sədri Nino Burcanadze ilə görüşündən sonra bildirmişdir.
V.Litvin demişdir ki, görüş zamanı Ukrayna və Gürcüstanın beynəlxalq aləmdə mövqeyi, habelə iki ölkənin beynəlxalq təşkilatlarla əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər müzakirə olunmuşdur.
N.Burcanadze bildirmişdir ki, hazırda Gürcüstan ilə Ukraynanın Avratlantik qurumlarına daxil olması çox vacibdir. Ukrayna Gürcüstanın strateji tərəfdaşıdır. Xanım Burcanadze vurğulamışdır ki, Ukrayna sərmayələrinin Gürcüstana cəlb edilməsi onun ölkəsi üçün mühüm məsələdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]