Gürcüstan portalı Azərbaycan Prezidentinin çıxışından materiallar yayıb
Tbilisi, 29 sentyabr, AZƏRTAC
Gürcüstanın nüfuzlu və üç dildə (rus, gürcü və ingilis dilləri) yayımlanan “report.ge” portalı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından material hazırlayıb.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev: Beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanıyır” sərlövhəli məqalədə Azərbaycan Ordusunun cəbhədəki qələbəsi və əks hücumu nəticəsində topraqlarımızın bir qisminin işğaldan azad olunduğu bildirilir.
Azərbaycan Prezidentinin çıxışından gətirilən sitatda deyilir: “Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib”.
Məqalədə daha sonra bildirilir: “Biz öz torpağımızda vuruşuruq. Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.
Qeyd edək ki, “report.ge” portalı Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı mübarizə barədə silsilə materiallar yayır. Gürcü oxucularına Azərbaycanın haqq işi barədə xəbərlər çatdırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [00:02]
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
- 25.08.2026 [18:02]
Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Ümumdünya Göllər Günüdür
- [11:46]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib
- 26.08.2026 [23:16]
Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb
- 26.08.2026 [23:15]
“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib
- 26.08.2026 [22:38]
Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir
- 26.08.2026 [21:20]
Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb
- 26.08.2026 [21:10]
Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq
- 26.08.2026 [20:51]