Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcüstan Prezidenti Bakıda: strateji tərəfdaşlıqda yeni mərhələ

Gürcüstan Prezidenti Bakıda: strateji tərəfdaşlıqda yeni mərhələ

Bakı, 4 mart, AZƏRTAC

“Newtimes.az” portalında “Gürcüstan Prezidenti Bakıda: strateji tərəfdaşlıqda yeni mərhələ” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Gürcüstanda prezident seçkisindən sonra Salome Zurabişvilinin regionun hansı ölkəsinə ilk səfərini edəcəyi haqqında fərqli fikirlər söylənilirdi. Bir sıra dairələr iki qonşu dövlət arasında ixtilaflar axtarmaqla məşğul idi. Ekspertlər sırasında S.Zurabişvilinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında müəyyən mənfi fikirlər söylədiyindən bəhs edirdilər. Bunun əvəzində, Gürcüstan Prezidentinin Poti və Batumi limanlarını inkişaf etdirməyə daha çox önəm verdiyini yazırdılar. Bundan başqa, bəzi ekspertlər “erməni faktoru”nu ortaya atmağa çalışırdılar. Lakin S.Zurabişvilinin dövlət başçısı kimi hansı siyasəti yeridə biləcəyini Azərbaycana səfəri aydın göstərdi. Tbilisi ənənəni pozmaq fikrində deyil. Gürcüstan Azərbaycan faktoruna önəm verməkdə davam edir. Məsələnin bu aspektinin analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

Tarixdən gələn dostluq: müasir strateji tərəfdaşlığın kökləri

Gürcüstan Prezidenti S.Zurabişvilinin Azərbaycana səfər edəcəyi gözlənilirdi. Regionda ilk xarici səfərini Azərbaycana etməklə S.Zurabişvili iki ölkə arasındakı əməkdaşlığa əvvəlki kimi böyük önəm verdiklərini nümayiş etdirdi. Bakıda Prezident İlham Əliyevlə aparılan müzakirələrin məzmunu da təsdiq edir ki, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı uğurla davam edir. Cənubi Qafqazın iki qonşu ölkəsi arasında əlaqələr keçən əsrin 90-cı illərində əldə etdikləri müstəqillikdən sonra bütövlükdə yüksələn xətlə inkişaf edib. Bunun kökünün tarixə gedib çıxdığını hər iki dövlət başçısı vurğulayıb. Yəni, Azərbaycan və Gürcüstan rəhbərliyi ölkələr arasında əməkdaşlığın dərin köklərinin olmasını və müasir mərhələdə onun yeni məzmun kəsb etdiyini ifadə ediblər.

Prezident İlham Əliyev bu barədə mətbuata verdiyi bəyanatında açıq fikir bildirib. Ölkə rəhbəri vurğulayıb: “Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerdə olmuşdur. Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir”.

Gürcüstan Prezidenti Azərbaycanın dövlət başçısı ilə tam həmfikir olduğunu deyib. S.Zurabişvili mətbuata bəyanatında iki ölkə arasındakı əlaqələrin tarixi ilə bağlı söyləyib: “Biz bir yerdə tarixi yol keçmişik. Biz coğrafi cəhətdən də yaxın qonşularıq və tarix də bizi birləşdirir. Son əsrlər ərzində birlikdə uğurlu yollar keçdik, faciələrdən keçdik. Bilirik ki, dövlət quruculuğu nə deməkdir, nə tələb edir. Bütün bunlar bizi birləşdirir”.

Bu fikirlər bir daha onu göstərir ki, Azərbaycanla Gürcüstanın strateji tərəfdaş olmaları təsadüfi deyil - bunun qədim tarixi vardır! Deməli, bu iki qonşu və dost ölkə arasında nifaq salmağa cəhd edənlər boş yerə vaxt itirirlər. Məsələ geosiyasi kontekstdə daha böyük əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, Azərbaycan və Gürcüstanı energetika, iqtisadiyyat və coğrafi yerləşmə ilə yanaşı mədəniyyət, demoqrafik faktor, insani münasibətlər kimi humanitar sferalar da birləşdirir. Belə ki, Gürcüstanda yüzminlərlə aborigen azərbaycanlılar əsrlərdir ki, gürcü xalqı ilə mehriban qonşuluq şəraitində yaşayırlar. Eləcə də Azərbaycanda özlərini tamhüquqlu vətəndaş kimi hiss edən gürcülər mehriban mühitlə əhatə olunublar. Bu aspektdə Gürcüstan Prezidentinin bir təklifi maraqlıdır.

S.Zurabişvili Bakıda deyib: “Biz Gürcüstanın tolerantlığını UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etmək istərdik. Lakin bu, Qafqazda bizim ümumi dəyərimizdir. Biz buna Qafqaz xarakteri verə bilərik və bu, regionumuzdan dünyaya çox mühüm mesaj olacaq. Dünyanın bu dəyərlərə ehtiyacı var”. Doğrudan da, gürcülərlə bərabər azərbaycanlılar da tarixən tolerantlıqları ilə fərqləniblər. Təsadüfi deyil ki, Azərbaycan dövlət səviyyəsində multikulturalizm siyasətini aparan nadir ölkələrdəndir və yanılmırıqsa, MDB məkanında təkdir. Tarixi faktlar aydın sübut edir ki, azərbaycanlılar hər zaman yanaşı yaşadıqları xalqlara qarşı çox anlayışlı və dözümlü olublar. Bu səbəbdən UNESCO-nun belə bir qərar qəbul etməsi tarixi həqiqətin təsdiqi olardı. Bu da öz növbəsində ermənilərin azərbaycanlılar haqqında uydurduqları yalan və böhtanları alt-üst edərdi.

Perspektiv: regional əməkdaşlıq və təhlükəsizlik yolunda

Bu günün reallıqları prizmasından yuxarıda ifadə edilən tezisə nəzər saldıqda onu təsdiq edən çoxlu sayda fakt tapa bilərik. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra xristian ölkəsi olan Gürcüstanla bütün sahələrdə, ilk növbədə, enerji və nəqliyyat sferalarında perspektivli əməkdaşlığa başladı. Ulu öndər Heydər Əliyevin yüksək siyasi iradəsi, lider qətiyyəti Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan layihələrinin reallaşmasına imkan yaratdı. Bunlarla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və nəhayət, Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsi həyata keçdi. Bütün bunları ümumi bir mövqedən təhlil etsək, görərik ki, Azərbaycan və Gürcüstanın əməkdaşlığı Cənubi Qafqazda regional əməkdaşlığın şah damarıdır və bunu inkar etmək mümkün deyil.

Prezidentlər də mətbuata verdikləri bəyanatda məsələnin bu tərəfi ilə bağlı fikirlər söyləyib, Azərbaycanla Gürcüstan arasındakı əlaqələrin perspektivi barədə çox nikbin fikirlər səsləndiriblər. S.Zurabişvili açıq bəyan edib ki, Azərbaycanın dövlət başçısı ilə əməkdaşlıq məsələlərində fikirləri üst-üstə düşür. Öz növbəsində İlham Əliyev Tbilisi-Bakı münasibətlərinin uğurla inkişaf edəcəyini bildirib. Deməli, S.Zurabişvilinin Bakı səfəri Cənubi Qafqazda strateji tərəfdaşlıq və regional təhlükəsizliyin təmini aspektlərində əhəmiyyət daşıyır. Təbii ki, buraya münaqişələrin həlli məsələsi də daxildir.

Lakin Azərbaycan-Gürcüstan əməkdaşlığı yalnız iki ölkə sərhədləri ilə məhdudlaşmır. Çin və Avropa istiqamətlərində beynəlxalq layihələrdə iştirak imkanları getdikcə daha aktual məzmun kəsb edir. Gürcüstan Prezidenti İlham Əliyevi Batumidə Gürcüstan-Avropa İttifaqı münasibətlərinin 10 illiyi münasibətilə keçiriləcək konfransa dəvət edib. Orada Gürcüstanın Rumıniya, Bolqarıstan və Ukrayna ilə dəniz limanları vasitəsilə daha sıx əməkdaşlıq potensialı nəzərdən keçirilməlidir.

Eyni zamanda, Azərbaycan Prezidenti Çində uyğun tədbir üçün ortaq fəaliyyət göstərməyi təklif edib və Gürcüstanın dövlət başçısını orada iştiraka dəvət edib. Bununla bağlı S.Zurabişvili aşağıdakı fikirləri ifadə edib: "Cənab Prezidenti Batumi konfransına dəvət etdim. Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq. Yəqin ki, nəqliyyat məsələsi burada əsas mövzu olacaq və biz birgə baxışlarımızı nümayiş etdirə bilərik. Cənab Prezident təklif etdi ki, bizim nümayəndələrimiz Çində də təqdimat keçirə bilərlər. Bunlar bugünkü potensialımızın reallığa çevrilməsi və perspektivlərimiz üçün çox vacibdir. Əminəm ki, bu, nəinki perspektivdir, bu, bizim sabahımız üçün əhəmiyyətlidir".

Bütün bunlar Azərbaycan-Gürcüstan əlaqələrinin əhəmiyyətini regional və dünya miqyasında daha yaxşı dərk etməyə yardım edə bilər. Xüsusilə hazırda regionda geosiyasi proseslərdə ziddiyyətlər və gərginlik artmaqdadır. Aydın olur ki, Cənubi Qafqazda regional əməkdaşlıq və təhlükəsizliyin təminatçıları Azərbaycanla Gürcüstandır. Onlar həm də Türkiyə ilə əlaqələrə ciddi fikir verirlər. Bununla da bu üç ölkə arasında bütün sahələri əhatə edən strateji əməkdaşlıq formalaşır.

Azərbaycan-Gürcüstan əməkdaşlığı bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Bu da iki qonşu dövlət arasında nifaq salmağa çalışanların uğursuz olacağına dəlalət edən amillərdəndir. Növbəti geosiyasi məqam Ermənistanın bu əməkdaşlığa qoşula bilməsi imkanları ilə bağlıdır. Prezidentlər adını çəkməsələr də, əməkdaşlığın ümumu şərtləri ilə əlaqəli ifadə etdikləri tezislər göstərir ki, Ermənistan Azərbaycan torpaqlarından çəkilməsə, hansısa regional əməkdaşlıqdan söhbət gedə bilməz. Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı mövqeyi hər kəsə məlumdur. Bakıda S.Zurabişvilinin bir neçə dəfə hər iki ölkənin ərazisinin işğal edildiyi və “ərazi bütövlüyünün hələ də bərpa olunmadığını” vurğulaması yuxarıdakı qənaəti əldə etməyə imkan verir. Deməli, siyasi və geosiyasi aspektdə də Bakı-Tbilisi əməkdaşlığı inkişaf edəcək.

Beləliklə, Gürcüstan Prezidentinin Bakı səfəri bir daha təsdiq edir ki, Azərbaycan regionun lider dövlətidir. Burada reallaşan beynəlxalq layihələr regionun dünyaya inteqrasiyasına güclü təkan verməkdədir. Azərbaycan və Gürcüstan həmin istiqamətdə səylərini daha da artırmağı düşünürlər.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib