Gürcüstan Prezidenti Böyük Vətən müharibəsinin azərbaycanlı iştirakçılarından iki nəfəri təbrik edib
Tbilisi, 23 iyun, AZƏRTAC
Gürcüstan Prezident Salome Zurabişvili Böyük Vətən müharibəsinin azərbaycanlı iştirakçılarından iki nəfəri - Camal Qasım oğlunu və Ənvər Hüseynovu təltif edib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının müharibə iştirakçılarına təbrikini Bolnisi rayon bələdiyyəsinin sədri David Şerazadişvili və parlamentin deputatı Qogi Meşveliani çatdırıblar.
Hər iki veterana faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə yubiley medalı təqdim olunub.
Veteranlar və kənd camaatı göstərilən diqqətə görə dövlət başçısına təşəkkür ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi