GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİ BAKIYA GƏLMİŞDİR
Gürcüstan Prezidenti Mixail Saakaşvili Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün iyunun 18-də Bakıya işgüzar səfərə gəlmişdir.
Gürcüstan Prezidentini səfərdə xarici işlər, energetika, mədəniyyət və təhsil nazirləri müşayiət edir.
Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Gürcüstan Prezidenti Mixail Saakaşvilini Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli oğlan və qız ali qonağa və xanımına gül dəstələri təqdim etdilər.