Azərbaycan Dövlət İnformasiya Agentliyi

GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN ÇIXIŞI

-Mən çox məmnunam ki, əvvəldən bir növ dövlət başçılarının görüş klubu kimi yaradılan, bir neçə il ərzində çox qeyri-müəyyən ümumi cizgilərə və statusa malik olan təşkilatımız fəaliyyət göstərən və konkret struktura və konkret məqsədlərə malik beynəlxalq təşkilata çevrilmişdir. Bu mənada GUAM hələ də dövlət başçılarının görüş klubu olaraq qalan MDB-dən çox ciddi şəkildə fərqlənir.

Düşünürəm ki, buna obyektiv proseslər kömək etmişdir. Bu məsələdə bizim - GUAM-ın üzvü olan bütün ölkələrin mənafelərinin üst-üstə düşməsi başlıca rol oynamışdır. Avropa İttifaqı ölkələrinin, xüsusilə əməkdaşlığımızın əhəmiyyətini, bu regionun əhəmiyyətini gözəl anlayan ölkələrin dəstəyi çox böyük rol oynayır.

Mən burada Avropa məkanında mənəvi dəyərlərin real liderinə çevrilmiş Polşa Prezidentini salamlamağa şadam. Maraqlı təkliflər irəli sürən və Qara dəniz ölkələrinin inteqrasiyası prosesini real surətdə başlamağa nail olmuş Rumıniya Prezidentini, Qara dəniz hövzəsində bizim üçün mühüm tərəfdaş ölkə olan Bolqarıstanın vitse-prezidentini, habelə bizim dostlarımızı, digər Baltikyanı dövlətlərlə birlikdə Avropa İttifaqında, NATO-da başlıca vəkilimiz olan, - buna görə ona minnətdarıq, - Litvanın Prezidentini, Estoniyanın gözəl siyasətçisi, bizim dostumuz Kristiina Oyulandı salamlamağa şadam. Zənnimcə, həqiqətən, maraqlı insanlar yığışmışlar. Həm də bunu da müşahidə etmək maraqlıdır ki, Yaponiya elan etmişdir ki, Şimal ölkələrindən tutmuş Laosa və Yaponiyayadək bütöv bir tərəqqi və sabitlik, demokratiya zənciri var, GUAM bu tərəqqi və demokratiya xəttinin təməl daşıdır. Bunu qiymətləndirmək lazımdır, düşünürəm ki, bu, Yaponiya hökumətinin tamamilə yeni yanaşmasıdır və onun ardınca tamamilə konkret işlər gələcəkdir.

Deməliyik ki, biz, həqiqətən, bəlkə də digər təşkilatların öhdəsindən çox çətinliklə gəldiyi bəzi nəticələrə nail ola bilmişik. Ticarət müharibələrinin aparıldığı, embarqonun, demək olar, gündəlik hadisəyə çevrildiyi, viza rejiminin günbəgün daha çox sərtləşdirildiyi, - bəzi ölkələr ümumiyyətlə bir-birinə viza vermir, hətta elə ölkələr var ki, sərhədlərin bəzi sahələri minalanmışdır, - MDB-nin fonunda GUAM ölkələrində azad ticarət rejimi real fəaliyyət göstərir. Biz ölkələrimiz arasında malların, xidmətlərin, insanların həqiqətən azad hərəkət etməsinə nail olmuşuq. Bu, Gürcüstan ilə Ukrayna arasında əmtəə dövriyyəsinin avtomatik olaraq ilbəil artmasında, GUAM-ın bəzi digər üzvləri ilə isə nəqliyyat əlaqələrinin intensivləşməsində özünü büruzə verir. İlham Heydər oğlu geosiyasi inqilabın bir hissəsi sayılan və əsas təşəbbüskarlarından biri Azərbaycan olan yeni dəmir yolundan artıq danışdı. Keçmiş Sovet İttifaqında hər şey elə qurulmuşdu ki, bütün respublikalar bir-biri ilə bilavasitə bağlı olmasınlar. Bütün neft kəmərləri, qaz kəmərləri, bütün dəmir yolları, hətta telefon xətləri konkret kanallarla, bir istiqamətdə gedirdi ki, məsələn, yaxın qonşu olan ölkələr kommunikasiyalar çəkə bilməsinlər.

Son iki-üç ildə bütün bunlar əsaslı surətdə dəyişir, neft kəməri işə salınmış, qaz kəməri işə salınmış və qazın real nəqlinə başlanmışdır. Azərbaycan özünün olduqca mürəkkəb şəraitinə baxmayaraq, Gürcüstanın qazla təchizatı məsələsini həll etdi. Ötən il Gürcüstanın bütün elektrik və qaz xətləri kəsiləndə, Azərbaycan Gürcüstanın tarixində ən soyuq qış fəslində xeyli dərəcədə öz əhalisinin hesabına elektrik enerjisini bizimlə bölüşdü. Bu, bir tərəfdən böyük emosional jest, digər tərəfdən, həmin yeni kommunikasiyaların və yeni xətlərin dərk edilməsi baxımından çox mühüm strateji addım idi.

Yeni dəmir yol sayəsində təkcə Xəzər regionu və Orta Asiyadan deyil, həm də Şimali Çindən, bütövlükdə Asiyadan mal daşımaq mümkün olacaqdır. Real geosiyasi inqilab göz qabağındadır. Bu baxımdan növbəti bir neçə il ölkələrimizin irəlilədilməsi üçün olduqca həlledici illər olacaqdır.

Bizi bağlayan digər siyasi məsələlərə gəldikdə isə, münaqişələr məsələsindən danışdıq. Zənnimcə, mürəkkəbliyinə baxmayaraq, bu sahədə də bəzi müsbət meyillər müşahidə olunur və təbii ki, biz qarşıdakı bir neçə ayda, yaxın perspektivdə baş verəcək hadisələr sarıdan çox ehtiyatlı olmalıyıq. Bir tərəfdən, tam şəkildə hiss edirik ki, Avropa ümumi tariximizin çox mühüm dövrünə, Avropa transformasiyasının olduqca həssas dövrünə yaxınlaşır. Hamımız çox ehtiyatlı olmalıyıq, çünki sərhədlər, ərazilərin bölüşdürülməsi və daxili dövlət quruculuğu məsələləri yenidən qalxır. Biz belə bir məsələdə yekdil olmalıyıq ki, Avropada heç bir bəhanə altında yeni Münxen, yeni Yalta və yeni Sudet olmayacaqdır. Çünki Avropa teatrının indiki bəzi simalarının məşğul olduqları sözçülük XX əsrin heç də yaxşı olmayan vaxtlarını çox xatırladır. Ona görə də bundan hər vəchlə uzaq olmalıyıq. Biz bundan birgə, Avropanın ötən əsrdə aldığı tarixi dərsləri nəzərə alaraq uzaq olacağıq. Bizə ərazilərin yenidən bölüşdürülməsinə əsaslanan XIX-XX əsrlər ruhunda qərarlar deyil, XXI əsrin qərarları lazımdır. XIX, XX və XXI əsrlər arasında əsas fərq demokratiyanın nailiyyətləri, inteqrasiyanın daha çox yayılmasıdır və bu, köhnə və dəbdə olan qərarlardan, yeni faciələrdən uzaq olmaq üçün başlıca vasitədir.

İrəliləyiş haqqında danışarkən, Cənubi Osetiyada baş verənlər üzərində dayanmaq istəyirəm. Cənubi Osetiya Gürcüstanın çox kiçik bir ərazisidir, lakin ötən əsrin 90-cı illərinin əvvəlində orada münaqişə olmuşdur. Qeyd etmək istəyirəm ki, 2004-cü ildə mən digər silahdaşlarımla birlikdə silahlı münaqişənin qarşısını almaq qərarına gəldim. Biz dözüm nümayiş etdirdik, danışmağa başladıq, təxribatlar müqabilində hər dəfə muxtariyyətin, inteqrasiyanın müxtəlif formalarından danışdıq, bu bölgənin nümayəndələrini Gürcüstan hakimiyyətinin müxtəlif qollarına real surətdə inteqrasiya etməyə başladıq. Silaha sarılaraq, Gürcüstanın mərkəzi hökumətinə qarşı döyüşən bütün rəhbərlik, əslində, hazırda sülh düşərgəsinə keçmişdir. Onlar Gürcüstanın tərkibində Cənubi Osetiyanın muxtariyyəti haqqında danışıqlar aparmaq qərarını elan etdilər. Bunlar qondarma Cənubi Osetiya hökumətinin sabiq baş naziri, sabiq müdafiə naziri, sabiq daxili işlər naziri və digər liderləridir. Postsovet məkanında misilsiz olan bu hadisə beynəlxalq qurumların getdikcə daha böyük dəstəyini qazanır. Getdikcə daha çox adam stereotiplərdən uzaqlaşır. Belə hallarda başlıcası stereotiplərdən uzaqlaşmaqdır. Təəssüf ki, stereotiplər təkcə birbaşa əlaqədar tərəflərə deyil, bəzi beynəlxalq təşkilatlara da sirayət etmişdir. Onlar hər şeyi sadələşdirməyi, ağ və qara rənglərə ayırmağı sevirlər. Bu, düzgün deyil, çünki belə hallarda çoxlu incə məqam var. Lakin biz, əslində, bütün tərəfləri razı salan dinc, sakit nizamasalma nümunəsi yaratmışıq. Əlbəttə, bu məsələdə Rusiya Federasiyasının konstruktiv roluna ümid bəsləyirik. Biz deyəndə ki, təxribatlar davam etməməlidir və sülh prosesinə paralel surətdə Cənubi Osetiyada separatçı hökumətin sabiq baş naziri Sanakoyev başda olmaqla, müvəqqəti administrasiya təşkil edilirsə, deməli, tamamilə yeni reallıq yaranır. Dünən bir-birinə atəş açan, indi isə müvəqqəti administrasiyada birlikdə işləyən insanlar real şəkildə bu administrasiyaya səs vermişlər. İnsanların bir hissəsi dünən onlara atəş açanlara səs vermişdir. Bu, çox mühümdür.

Təbii ki, paralel olaraq hər gün təxribatlar törədən adamlar da var. Onlara cavabımız fərdi olacaqdır. Əhalidən heç kəs heç nədən qorxmamalıdır. Kollektiv cavab, kollektiv məsuliyyət heç vaxt olmayacaq, onlar bizim vətəndaşlarımızdır. Necə ki, Gürcüstanın istənilən digər şəhərinin, yaxud kəndinin, istənilən digər qrupunun da kollektiv məsuliyyəti ola bilməz. Cənubi Osetiyada yaşayan bütün vətəndaşlar gürcü cəmiyyətinin inteqrasiya olunmuş mühüm tərkib hissəsidir. Son on ildə Gürcüstan tarixinin bir çox görkəmli xadimləri etnik osetinlər olmuşdur və biz heç kəsi etnik əlamətə görə bölməyə hazırlaşmırıq. Təbii ki, təxribatlara fərdi cavab veriləcəkdir. Əlbəttə, biz bəzi yerli xadimlərə konkret təxribatlara görə fərdi məsuliyyət daşıdığı barədə xəbərdarlıq etmişik və əgər onlar bu hərəkətlərini dayandırmasalar, həmin məsuliyyəti həyata keçirəcəyik. Bir daha təkrar edirəm ki, fərdi məsuliyyət olacaqdır. Biz hər şey edəcəyik ki, heç kəs zərər çəkməsin, insanlar sülh və əmin-amanlıq şəraitində yaşaya bilsinlər, Gürcüstanın demokratik təsisatlarında öz hüquqlarını reallaşdırsınlar.

Biz Cənubi Osetiyaya nəinki muxtariyyət verir, nəinki bu ərazinin qəti statusu haqqında danışıqlara başlayırıq, həm də Gürcüstanın bütün mərkəzi hakimiyyət orqanlarında həmin bölgənin nümayəndələri olan etnik osetinlər üçün, - şübhəsiz, təkcə etnik əlamətə görə yox, - yerlər saxlamışıq. Bütün əsas nazirliklərin müavinləri avtomatik surətdə həmin bölgədən təyin olunur, parlamentdə bu bölgə üçün təminatlı yerlər nəzərdə tutacağıq. Biz etnik qrupla birlikdə əhalisi bütövlükdə 40-45 min nəfərdən az olmayan bölgədən danışırıq. Onlara Gürcüstan dövləti çərçivəsində verilən beynəlxalq təminatlardan danışırıq. Bir sözlə, hesab edirəm, bu, ciddi tərəqqidir və biz buna sevinməliyik. Lakin biz təbii ki, sizin dəstəyinizə və Gürcüstanın bütün vətəndaşlarının hüquqlarını nəzərə almaqla, sülh və inteqrasiyasını möhkəmləndirmək istiqamətində atacağımız növbəti addımlarımızı başa düşəcəyinizə ümid bəsləyirik.

Zənnimcə, inteqrasiyamız bütövlükdə çox sürətlə gedir, uğurlarımız göz qabağındadır. İlham Heydər oğlu Azərbaycanın mühüm nailiyyətlərindən danışdı və biz buna ürəkdən sevinirik, çünki bütün bunlar bizə güc verir. Bu yaxınlarda Odessa-Brodı boru kəmərinin açılmasından, neftin Polşa və Ukrayna istiqamətlərində nəqli üçün ondan istifadə olunmasından danışdıq. Bu, Transxəzər qaz kəməri, yaxud Transxəzər neft və qaz nəqli qədər çox vacibdir. Bunlar xülya deyil, tamamilə real perspektivlər, tamamilə real imkanlardır. Mən bunu işə bələd olduğum, bir çox regional liderlərlə çoxsaylı məsləhətləşmələr apardığım üçün deyirəm. Gürcüstan bu baxımdan da nəticələr əldə etməyə çalışır. Gürcüstan ötən il Dünya Bankı üzrə bir nömrəli islahatçı olmuşdur. Bu il biznes aparmaq sahəsində dünyanın ilk 20 ölkəsi sırasına daxil olmaq ümidindəyik. Cəmi iki il əvvəl isə 137-ci yerdəydik. Heç bir ölkə öz tarixi ərzində birdən-birə 100 pillə irəliləməmişdir, biz isə ötən il bunu olduqca qısa müddətdə etdik. Avropa Yenidənqurma və İnkişaf Bankının məlumatına görə, Gürcüstan Avropada korrupsiyaya qurşanmamış üç ölkədən biridir. Dünya Bankının inkişaf indeksi üzrə biz keçid iqtisadiyyatlı ölkələr arasında korrupsiya ilə mübarizə sahəsində birinci yerdəyik. Yəni, demokratiya şəraitində korrupsiya ilə mübarizə aparmaq və qanunun aliliyini bərqərar etmək nəinki mümkündür, həm də lazımdır. Bizim halda bu, konkret iqtisadi nəticələr vermişdir. Gürcüstan büdcəsi son 3 ildə 8-9 dəfə artdı ki, bu da korrupsiyanın azalması deməkdir. Biz vergiləri minimum 45-50 faiz azaltdıq və vergi yığımı bir neçə dəfə artdı. Eyni zamanda, ən iri iqtisadi tərəfdaşımızın 100 faiz qadağasına baxmayaraq, ötən il 10 faizlik artıma nail olduq. Proqnozlara görə, həmin göstərici bu il 13 faiz təşkil edir. Biz isə daha böyük artıma ümid bəsləyirik.

Təbii ki, bütün bunlar bizim aramızda olan əməkdaşlıq sayəsində mümkündür. Gürcüstan alternativ bazarlara çıxanda tezliklə vəziyyəti qiymətləndirdi, öz istehsalını şaxələndirə bildi. Ona görə də Gürcüstan 2 milyard avrodan çox birbaşa xarici sərmayə alır ki, bu da regionumuzda 5 milyonluq əhalisi olan ölkə üçün mütləq rekorddur. Bütün bunlar apardığımız islahatlar sayəsində mümkün olmuşdur.

Ona görə də siz Gürcüstanın timsalında etibarlı tərəfdaş, dost tapacaqsınız. Əminəm ki, GUAM-ın, - bəzi daxili siyasi problemlərə baxmayaraq, Ukraynanın rəhbərliyi sayəsində Kiyevdə qurumun katibliyi fəaliyyətə başlamış, biz oraya ən yaxşı diplomatımızı göndərmişik, - nəinki perspektivi var, həm də fəal təşkilatdır. Bunu möhkəmləndirmək və dəstəkləmək lazımdır. Biz öz tərəfimizdən onu tam dəstəkləyəcəyik.

Mən bir daha Azərbaycanı təbrik etmək və zirvə görüşünün uğurla keçirilməsinə görə minnətdarlığımı bildirmək istəyirəm. Ümidvaram ki, GUAM Azərbaycanın rəhbərliyi altında real surətdə təsirli təşkilata çevriləcəkdir.

Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb