Gürcüstan Prezidenti ölkədə ikili vətəndaşlığın verilməsi prosedurlarının sadələşdirilməsini təklif edib
Tbilisi, 6 mart, AZƏRTAC
Gürcüstandan olan mühacirlərin öz ölkələri ilə əlaqə saxlamaları üçün ikili vətəndaşlığın verilməsi proseduru sadələşdirilməlidir. Bu, çox vacib məsələdir.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili martın 6-da parlamentdəki çıxışında deyib. Xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə gürcü tələbələr və emiqrantlarla görüşündə bu məsələnin xüsusilə diqqət mərkəzində olduğunu vurğulayan Prezident deyib: “Emiqrantlar, xüsusilə də xaricdə anadan olanlar üçün Gürcüstan vətəndaşı statusu çox əhəmiyyətlidir. Bu, onlara vətənləri ilə əlaqələrini qoruyub saxlamağa kömək edə bilər. Ona görə də ikili vətəndaşlıq prosedurları sadələşdirilməlidir”.
S.Zurabişvili ikili vətəndaşlığın verilməsi və saxlanılması qaydalarının sadələşdirilməsi istiqamətində Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edəcəklərini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]