GÜRCÜSTAN “QIZILGÜL İNQİLABI”NIN İLDÖNÜMÜNÜ QEYD ETMİŞDİR
Gürcüstan Prezidenti Mixail Saakaşvili və ölkə rəhbərliyi onlarla birlikdə Tbilisidə “Avropanın yeni azadlıq dalğası” mövzusunda keçirilən konfransın işində iştirak etmişlər. Prezidentlər konfransda çıxış edərək, bir sıra mühüm beynəlxalq problemlərə də toxunmuşlar. M.Saakaşvili ötən iki il ərzində ölkənin daxili və xarici siyasətdə qazandığı uğurlardan, demokratik təsisatların fəaliyyətinin gücləndirilməsindən, hüquqi dövlət quruculuğu sahəsində görülən işlərdən, qarşıda duran vəzifələrdən, Gürcüstanın Ukrayna, Estoniya, Rumıniya ilə əlaqələrindən ətraflı söhbət açmışdır.
Sonra Gürcüstan, Estoniya, Rumıniya və Ukrayna prezidentləri konfransda gələcək nəsillərə ünvanlanmış memorandumu imzalamışlar. Memorandum Tbilisinin Azadlıq meydanında inşasına başlanmış Müqəddəs Georgi abidəsinin təməlinə qoyulmuşdur. 30 metr hündürlüyündə olacaq abidənin müəllifi məşhur heykəltəraş Zurab Seretelidir.
Bayram şənliyi gürcü incəsənət ustalarının iştirakı ilə davam etdirilmişdir.