GÜRCÜSTAN TÜRKİYƏDƏN SAHİL TƏHLÜKƏSİZLİK KATERİ ALMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Türkiyədən KAAN-33 tipli sahil təhlükəsizlik kateri almışdır.
Türkiyənin Yonca-Onuk şirkəti tərəfindən bir il müddətində istehsal edilmiş 33 metr uzunluğunda olan kater hər şəraitdə hədəfi vura bilən silahı ilə birlikdə 15 milyon dollara başa gəlmişdir.
Sahil təhlükəsizlik kateri iyunun 11-də Gürcüstanın Poti limanında keçirilən mərasimdə bu ölkənin sərhəd polis təşkilatına təqdim edilmişdir. Mərasimdə Gürcüstan Prezidenti Mixail Saakaşvili də iştirak etmişdir.
KAAN-33 katerləri bundan əvvəl Misir və Pakistana da satılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]