Gürcüstan və Ermənistan parlamentariləri regiondakı vəziyyəti müzakirə ediblər
Tbilisi, 28 oktyabr, AZƏRTAC
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ermənistan Milli Assambleyasının elm, təhsil, mədəniyyət, diaspor, idman və gənclər komitəsinin sədri Sisak Qabrielyan və komitə üzvləri ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı tərəflər Cənubi Qafqaz regionunda baş verən prosesləri müzakirə ediblər. Qeyd olunub ki, bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi hər üç ölkə - Gürcüstan, Azərbaycan və Ermənistan üçün mühüm iqtisadi və sosial imkanlar yaradacaq.
Şalva Papuaşvili vurğulayıb ki, Gürcüstan həmişə Ermənistan ilə Azərbaycan arasında sülh prosesini dəstəkləyib və son hadisələr regionun inkişafı baxımından yeni mərhələyə keçid üçün mühüm fürsət yaradır. “Son hadisələr regionun inkişafı baxımından yeni mərhələyə başlamaq üçün yaxşı fürsətdir”, – deyə parlament sədri bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]