Gürcüstan və Qazaxıstan XİN başçılarının görüşündə Orta Dəhlizin perspektivləri nəzərdən keçirilib
Tbilisi, 29 iyun, AZƏRTAC
Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Qazaxıstana səfəri çərçivəsində həmkarı Ermek Koşerbayev ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlığın qurulmasının vacibliyi qeyd edilib.
Tərəflər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin perspektivlərini müzakirə ediblər. İki ölkə arasında yüksəksəviyyəli dialoqun qorunmasının vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin Gürcüstan və Qazaxıstan arasında Orta Dəhlizin inkişafına, iki ölkənin ticari-iqtisadi əlaqələrinin gücləndirilməsi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]