Gürcüstanda koronavirusa 242 yoluxma halı qeydə alınıb
Tbilisi, 11 aprel, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxanların sayında artım müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, hazırda Gürcüstanda 242 nəfər koronavirusa yoluxan var. Bundan başqa, koronavirusa xaricdə yoluxmuş daha 3 nəfər ölkəyə gətirilib.
Hazırda Gürcüstanda 4856 nəfər karantində, 370 nəfər stasionar nəzarətdə saxlanılır. Ölkədə COVID-19 virusuna yoluxmuş 242 nəfərdən 60-ı müalicə olunub, 3 nəfər ölüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]