Gürcüstanda Prezident Administrasiyası fəaliyyətini məhdudlaşdırıb
Tbilisi, 8 mart, AZƏRTAC
Gürcüstanda Prezident Administrasiyası fəaliyyətini martın 8-dən 16-dək məhdudlaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu qərar ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə qəbul edilib.
Administrasiyanın yaydığı məlumatda deyilir ki, martın 8-dən 16-dək Orbeliani sarayında rəsmi tədbirlər keçirilməyəcək və vətəndaşların qəbuluna da məhdudiyyətlər tətbiq olunacaq.
Müxtəlif məsələlərlə bağlı Prezident Administrasiyasına müraciət etmək üçün vətəndaşlar “qaynar xətt” və ya rəsmi elektron poçt ünvanı ilə əlaqə saxlaya biləcəklər.
Bu məhdudiyyətlərə baxmayaraq, Administrasiya adi rejimdə fəaliyyətini davam etdirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]