GÜRCÜSTANDA QİÇS XƏSTƏLİYİNƏ TUTULANLARIN SAYI ARTIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, son 15 ildə Gürcüstanda 577 adam QİÇS xəstəliyinə tutulmuşdur. Ekspertlərin ehtimalına görə isə, bu, real rəqəm deyildir, əslində Gürcüstanda 2500 nəfərdən artıq adam bu xəstəliyə tutulmuşdur. QİÇS-in yoluxucu patologiya və kliniki immunologiya mərkəzindən verilən məlumata görə xəstələrin 100 nəfəri 21-40 yaşında olan qadınlardır. İndiyədək Gürcüstanda bu xəstəlikdən 103 nəfər ölmüşdür.
2004-cü ilin səkkiz ayı ərzində 102 nəfərin QİÇS-ə tutulduğu müəyyənləşdirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 nəfər çoxdur.
Gürcüstanda bu xəstəliyə tutulan birinci adam 1989-cu ildə qeydə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]