GÜRCÜSTANDA SOVET PASPORTLARI DAHA QÜVVƏDƏ DEYİLDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanda şəxsiyyəti təsdiqləyən sənəd kimi üzərində sovet rəmzi olan pasportların işlənmə müddəti rəsmi surətdə sentyabrın 1-də başa çatmışdır. İlkin məlumata görə, Gürcüstan əhalisinin təqribən 10 faizi SSRİ dağıldıqdan sonra ölkədə tətbiq olunmuş şəxsiyyət vəsiqəsi, yaxud xarici pasport almamışdır. Gürcüstan hökumətinin sərəncamına əsasən, müvafiq strukturlar onlara müraciət edən Gürcüstan vətəndaşlarına, sovet pasportları arxivə təhvil verildikdən və kassaya 2,5 lari ödənildikdən sonra, 24 saat ərzində yeni şəxsiyyət vəsiqəsi verməyə borcludurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]