SİYASƏT
Gürcüstanda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb







Tbilisi, 10 may, AZƏRAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Gürcüstanda qeyd olunub.
AZƏRTAC xəbər verir ki, mayın 10-da Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, eləcə də bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin və yerli ictimaiyyətin nümayəndələri Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Ümummilli Liderin xatirəsi ehtiramla anılıb, abidəsi önünə əklil və gül dəstələri qoyulub.
Tədbirdə Gürcüstanda təlim-məşq toplanışında olan voleybol üzrə Azərbaycanın kişi və qadınlardan ibarət milli komandalarının üzvləri də iştirak ediblər.
Sonra D.Həsənov və səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri Rustavi şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi